ABŞ iqtisadiyyatı birinci rübdə daralıb | Banco.az

ABŞ iqtisadiyyatı birinci rübdə daralıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ ÜDM-i birinci rübdə illik müqayisədə 0,3 faiz azalıb.

Banco.az xəbər verir ki, ABŞ-da birinci rübdə iqtisadi daralma prqonozları üstələyib.

Ölkə iqtisadiyyatı ilin ilk rübündə illikləşdirilmiş əsasda 0,3 faiz daralıb. Gözlənti 0,2 faizlik daralma istiqamətində idi.

Əvvəlki rübdə ABŞ iqtisadiyyatı 2,4 faiz artım göstərmişdi.

ABŞ iqtisadiyyatı Prezident Donald Trampın ticarət siyasətinin dalğalanma təsirlərinin ilk əlaməti olan gömrük tariflərindən əvvəlki yüksək idxal artımı və azalmış istehlak xərcləri səbəbilə, 2022-ci ildən bəri ilk dəfə ilin əvvəlində daralma qeydə alıb.

Ümumi Daxili Məhsulun üçdə ikisini təşkil edən istehlak xərcləri yalnız 1,8 faiz artıb ki, bu da 2023-cü ilin ortasından bəri ən zəif artım tempidir. Göstəricilər arasında yeganə müsbət məqam isə avadanlıq üçün edilən xərclərin illik əsasda 22,5 faiz artması olub.

Məlumatlar göstərib ki, biznes ehtiyatlarının artması birinci rübdə ÜDM-yə 2,25 faiz bəndi həcmində töhfə verib və bu göstərici 2021-ci ilin sonundan bəri ən yüksək səviyyəyə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram