Almaniya və Belçikadan rekord təbii qaz idxalı | Banco.az

Almaniya və Belçikadan rekord təbii qaz idxalı

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aprel ayında Belçikanın Zeebrugge limanına təxminən 1,15 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) daxil olub.

Banco.az xəbər verir ki, “Bloomberg” tərəfindən 2017-ci ildən bəri toplanan gəmi izləmə məlumatlarına əsasən, apreldə Belçikanın Zeebrugge limanına təxminən 1,15 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) gətirilib. Bu, 2017-ci ildən bəri Belçikanın ən yüksək aylıq LNG idxalı olub.

Almaniya limanlarına gətirilən yanacaq miqdarı bu ay 579 min tonu ötüb. Bu da ölkənin 2022-ci ildə LNG terminallarını istifadəyə verməsindən bəri yeni bir rekorddur.

Gəmi izləmə və liman məlumatlarına əsasən, apreldə Hollandiyaya gətirilən LNG miqdarı 1,35 milyon tona çatıb. Hollandiya son bir ildəki ən yüksək LNG idxalını məhz apreldə həyata keçirib və daha bir tanker gəmisinin gəlməsi gözlənilir.

Avropada qaz qiymətlərinin azalmasına baxmayaraq, may ayında ABŞ-dan gələn LNG təchizatının artması ilə liman slotları tədricən dolmağa başlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram