Türkiyədə işsizlik səviyyəsi azalıb | Banco.az

Türkiyədə işsizlik səviyyəsi azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə işsizlik nisbəti mart ayında əvvəlki ayla müqayisədə 0,3 bənd azalaraq 7,9 faiz olub.

Banco.az xəbər verir ki, Əhalinin Məşğulluq Araşdırmasının nəticələrinə görə, 15 və daha yuxarı yaşda olan şəxslər arasında işsizlərin sayı 2025-ci ilin mart ayında əvvəlki ayla müqayisədə 65 min nəfər azalaraq 2 milyon 807 min nəfər olub. İşsizlik səviyyəsi isə 0,3 faiz bəndi azalaraq 7,9% təşkil edib. İşsizlik göstəricisi kişilər arasında 6,5%, qadınlar arasında isə 10,6% olaraq qiymətləndirilib.

Məşğul əhalinin sayı 2025-ci ilin mart ayında əvvəlki ayla müqayisədə 391 min nəfər artaraq 32 milyon 597 min nəfərə çatıb, məşğulluq səviyyəsi isə 0,6 faiz bəndi artaraq 49,2% olub. Bu göstərici kişilər arasında 66,9%, qadınlar arasında isə 31,9% təşkil edib.

15-24 yaş qrupunu əhatə edən gənclər arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,1 faiz bəndi artaraq 15,1% olub. Bu yaş qrupunda işsizlik göstəricisi kişilər arasında 11,0%, qadınlar arasında isə 22,6% olaraq qiymətləndirilib.

Məşğul şəxslərdən istinad dövründə faktiki işləyənlərin mövsümi və təqvim təsirlərindən təmizlənmiş həftəlik orta faktiki iş saatı 2025-ci ilin mart ayında əvvəlki ayla müqayisədə 0,3 saat artaraq 43,7 saat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram