BOKT-ların kredit portfeli 813 milyon manatı ötüb | Banco.az

BOKT-ların kredit portfeli 813 milyon manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-mart aylarında Azərbaycan BOKT-larının kredit portfeli 813 milyon manat təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında qeyd edilib.

Bildirilir ki, BOKT-ların kredit portfeli 2024-cü ilin eyni dövrü ilə müqayisədə 180.5 milyon manat və ya 28.5% artıb.

Qeyd edək ki, 2024-cü ilin birinci rübündə BOKT-ların kredit porfeli 632.5 milyon manata bərabər idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram