Banklar kredit faizlərindən 900 mln. manat gəlir əldə ediblər | Banco.az

Banklar kredit faizlərindən 900 mln. manat gəlir əldə ediblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları 2025-ci ilin yanvar-mart aylarında müştərilərə verilmiş kreditlərdən 897.8 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 168.7 milyon manat və ya 23,1% çoxdur.

Banklar 2024-cü ilin eyni aylarında 729.1 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

İlk rübdə bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 172.3 milyon manat (17,9%) artaraq 1 milyard 134 milyon manata yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram