Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin aprelin 1-i tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 481,6 milyon manat təşkil edib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edək ki, problemli kreditlər 1 ay əvvəllə müqayisədə 0,3%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 2,3% artıb.
Aprel ayının əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!