Azərbaycanın banklarının aktivləri 12%-dən çox artıb | Banco.az

Azərbaycanın banklarının aktivləri 12%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin aprel ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 54,855.6 mln. manat təşkil edib.

Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 5 milyard 946 milyon manat və ya 12,2% artıb. 

Belə ki, 1 aprel 2024-cü il tarixinə ölkə banklarının cəmi aktivləri 48 mlrd. 909 mln. manat olub.

Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 47,960 mln. manat (12,6% artıb), balans kapitalı 6,894 mln. manat (9,5% artıb) olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram