Atom enerjisi sektorunun yeni lideri məlum olub | Banco.az

Atom enerjisi sektorunun yeni lideri məlum olub

Müəllif:Mehin Qasımova, Banco.az

Çin nüvə enerjisi baxımından yeni dünya lideri oldu.

Banco.az bu barədə Çin Nüvə Enerjisi Assosiasiyasının hesabatına istinadən xəbər verir.

“Hazırda Çində ümumi quraşdırılmış gücü 113 milyon kilovat olan 102 nüvə enerji bloku istismar olunur, tikilir və ya tikintisinə icazə verilir: “Çin nüvə enerjisinin miqyasına görə dünyada ilk dəfə olaraq birinci yeri tutub”, - sənəddə bildirilir.

Çin artıq 18 ildir ki, tikilməkdə olan nüvə aqreqatlarının gücünə görə liderdir. Hazırda ölkədə ümumi quraşdırılmış gücü 33,65 milyon kilovat olan 28 belə enerji bloku tikilir.