Artan gömrük rüsumları nəticəsində avrozona ölkələrinə Çin idxalının artması Aİ ÜDM-nin 0,25%-ni təşkil edə bilər.
Banco.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Avropa Departamentinin direktoru Alfred Kammer brifinqdə deyib.
Onun sözlərinə görə, Avropa ölkələri ticarət axınında potensial dəyişikliklərin nəticələrini diqqətlə qiymətləndirməlidir.
"ABŞ və Çin arasında böyük tariflər Avropaya idxalın artmasına səbəb ola bilər. İlkin hesablamalarımız qısa müddətdə Çindən idxalın Aİ ÜDM-nin 0,25%-i qədər artacağını göstərir.Ticarət axınındakı dəyişiklik, ehtimal ki, Avropa firmaları üçün istehsal xərclərini və istehlak qiymətlərini azaldacaq" - Kammer deyib.
Eyni zamanda, Kammerin fikrincə, rüsumların artırılması Avropa ixracına da təsir edəcək.