Rusiyanın xarici borcu rekord həddə düşüb | Banco.az

Rusiyanın xarici borcu rekord həddə düşüb

2024-cü ilin sonuna Rusiyanın xarici borcu ÜDM-ə nisbətdə 13 faizə çatdı ki, bu da rekord aşağı göstəricidir.

Banco.az xəbər verir ki, bu barədə Rusiya Bankının saytında dərc olunan statistik məlumatda deyilir .

2023-cü illə müqayisədə bu rəqəm üç faiz bəndi azalıb. Qeyd olunur ki, ümumilikdə, 2024-cü ilin sonuna Rusiyanın xarici borcu 290,3 milyard dollar həcmində qiymətləndirilir.

Bundan əvvəl Rusiyanın xarici borcunun 2025-ci ilin birinci rübündə kəskin artacağı bildiriilmişdi. Aprelin 1-nə olan məlumata görə, o, 312,4 milyard dollara yüksəlib. Üç ay ərzində onun dəyəri 22,1 milyard artıb.

Yanvarın sonunda 2024-cü ilin sonuna qədər adambaşına düşən xarici borcun səviyyəsi rekord minimuma enib. 2005-ci ildən bəri ilk dəfə onun səviyyəsi iki min dollardan aşağı düşüb.