Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Bankı 2025-ci ilə dair Türkiyə iqtisadiyyatı üçün artım proqnozunu artırıb.
Banco.az xəbər verir ki, Dünya Bankı Türkiyənin bu ilə dair iqtisadi artım proqnozunu 2,6 faizdən 3,1 faizə yüksəldib.
Bank Avropa və Orta Asiya, Yaxın Şərq və Şimali Afrika, Sub-səhra Afrika ilə Latın Amerikası və Karib hövzəsi iqtisadiyyatlarına dair hesabatlarını yayımlayıb.
Avropa və Orta Asiya İqtisadi Yeniləmə Hesabatında qeyd olunub ki, Türkiyə iqtisadiyyatının bu il 3,1 faiz, 2026-cı ildə isə 3,6 faiz artması gözlənilir.
Dünya Bankı yanvar ayındakı proqnozlarında Türkiyə iqtisadiyyatının 2025-ci ildə 2,6 faiz, 2026-cı ildə isə 3,8 faiz artacağını irəli sürmüşdü.
Hesabatda Avropa və Orta Asiya regionunda inkişaf etməkdə olan iqtisadiyyatlarda artımın yavaşlayacağı gözlənildiyi, xarici tələbin zəifləməsi və Rusiyada iqtisadi artımın zəifləməsi səbəbilə bölgə iqtisadiyyatının bu il və gələn il 2,5 faiz artacağı qeyd olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!