Aİ-də yeni avtomobillərin satışı azalıb | Banco.az

Aİ-də yeni avtomobillərin satışı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Ittifaqı (Aİ) bazarında yeni avtomobil satışları mart ayında ötən ilin eyni ayına görə 0,2 faiz azalaraq 1 milyon 29 min 519 ədəd olub.

Banco.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) Aİ ölkələrinin mart ayına dair yeni avtomobil qeydiyyatı ilə bağlı məlumatlarını açıqlayıb.

Buna əsasən, Aİ ölkələrində yeni avtomobil satışları ötən ay 2024-cü ilin eyni ayı ilə müqayisədə 0,2 faiz azalaraq 1 milyon 29 min 519 olub.

Birlik üzvü ölkələrdə satılan yeni avtomobillərin 36 faizi hibrid, 28,2 faizi benzinlə işləyən, 15,3 faizi tam elektrikli, 9,3 faizi dizel, 8 faizi fişli (Plug-In) hibrid və 3,2 faizi digər yanacaq növlərindən istifadə edən avtomobillər olub.

Elektrikli avtomobil satışları mart ayında ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz artaraq 157 min 505-ə çatıb.

Tam elektrikli, hibrid və fişli hibrid modellərin ümumi satışlardakı payı isə 59,3 faizə yüksəlib.

Yeni avtomobil satışları mart ayında ötən ilin eyni dövrü ilə müqayisədə Almaniyada 3,9 faiz, Fransada 14,5 faiz azalıb, İtaliyada 6,3 faiz, İspaniyada isə 23,2 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram