AccessBank-ın aktivləri 90 milyon manatdan çox artıb | Banco.az

AccessBank-ın aktivləri 90 milyon manatdan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

AccessBank 2025-ci ilin yanvar-mart aylarında əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib. 

Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, hesabat ilində AccessBank-ın xalis mənfəəti 10 milyon 49 min manat təşkil edib. 

Bankın aktivləri 2024-cü ilin sonu ilə müqayisədə 90 milyon 925 min manat və ya 6,1% artaraq 2024-cü ilin 31 mart tarixinə 1 milyard 576 milyon 219 min manat təşkil edib.

Bankın kredit portfeli 34 milyon 685 min manat və ya 3% artaraq 1 aprel tarixinə 1 milyard 186 milyon 235 min manata yüksəlib. Hesabat dövründə AccessBank-ın depozit portfelinin həcmi isə 1 milyard 60 milyon 162 min manat təşkil edib. Bu da 2024-cü ilin sonuna nisbətən 33 milyon 669 min manat və ya 3,3% çoxdur. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram