Aİ ABŞ mallarına sərt tariflər tətbiq edə bilər | Banco.az

Aİ ABŞ mallarına sərt tariflər tətbiq edə bilər

Avropa İttifaqı (Aİ) ABŞ mallarına sərt rüsumlar tətbiq etməyi və Amerika silahlarının alışını azaltmağı nəzərdən keçirir.

Banco.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat verib.

Avropanın yüksək səviyyəli diplomatı bildirib ki, Avropa hazırda ABŞ-ın elan etdiyi tariflərə cavab olaraq tariflərə diqqət yetirir. O vurğulayıb ki, Aİ qarşıdurmanı qızışdırmaq istəmir, eyni zamanda son dərəcə aydın olmaq istəyir.

Mənbə onu da əlavə edib ki, Brüssel  öz təfəkkürünü dəyişərək,  strategiyaya keçib.

"Biz Vaşinqton olmadan işləyən bir yol tapmalıyıq",- dedi.

ABŞ prezidenti Tramp aprelin əvvəlində 185 ölkədən məhsullara idxal rüsumlarının kəskin artırılmasını təsdiqlənib. Belə ki, Aİ üçün ABŞ səlahiyyətliləri gömrük dəyərinin 20 faizi həcmində tarif təyin edib.