ABŞ prezidenti Donald Tramp son həftələrdə sənaye nümayəndələrinin intensiv lobbiçiliyindən sonra avtomobil istehsalçılarını bəzi tariflərdən azad etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Qəzet yazır ki, Tramp Amerika avtomobillərinin qiymətlərinin kəskin artması, tədarük zəncirlərinin pozulması və iş yerlərinin itirilməsinin qarşısını almaq üçün bu tədbiri görmək niyyətindədir. Mənbələr bildiriblər ki, bütün xarici avtomobillərin idxalına tətbiq edilən standart 25 faizlik rüsumlar, mayın 3-dən etibarən ehtiyat hissələrinə tətbiq edilən 25 faizlik tariflər qüvvədə qalacaq.
Mənbələr bildiriblər ki, avtomobil sənayesi ilə hazırkı danışıqlar həm də rüsumların tətbiqi prosedurunun sadələşdirilməsinə yönəlib. Ağ Ev bu barədə şərh verməkdən imtina edib.