Mərkəzi Bank inflyasiya proqnozunu açıqlayıb | Banco.az

Mərkəzi Bank inflyasiya proqnozunu açıqlayıb

2025-ci ilin aprel ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.3%, 2026-cı ildə 4.3% ətrafında olacağı gözlənilir.

Bu barədə  Azərbaycan Mərkəzi Bankı məlumat verib.

    Qeyd edilib ki, mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır.