Çərşənbə günü neft qiymətləri ABŞ-ın İrandan enerji tədarükünü məhdudlaşdırmağa yönəlmiş yeni sanksiyaları, eləcə də ABŞ prezidenti Donald Trampın Çinlə ticarət əlaqələri ilə bağlı daha yumşaq bəyanatları fonunda yüksəlir.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti bir barel üçün 68,01 dollar təşkil edir ki, bu da əvvəlki hərracların bağlanışına nisbətən 0,57 dollar (0,85%) bahadır. Çərşənbə axşamı bu kontraktlar 1,18 dollar (1,8%) artaraq 67,44 dollar/barel olub.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyun ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 0,56 dollar (0,88%) artaraq bir barel üçün 64,23 dollar təşkil edib. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 1,26 dollar (2%) artaraq bir barel üçün 63,67 dollar təşkil edib.