Tesla-nın xalis mənfəəti birinci rübdə 71% azalıb | Banco.az

Tesla-nın xalis mənfəəti birinci rübdə 71% azalıb

Müəllif:Mehin Qasımova, Banco.az

Amerikanın elektrik avtomobil istehsalçısı Tesla-nın 2025-ci ilin birinci rübündə xalis mənfəəti şirkətin maliyyə hesabatına əsasən 409 milyon dollar təşkil edib.

Banco.az xəbər verir ki, bu, bir il əvvəllə müqayisədə 71% azdır.

2024-cü ilin birinci rübündə Tesla-nın xalis mənfəəti 1,39 milyard dollara çatıb. Şirkətin gəliri 9% azalaraq 2024-cü ilin birinci rübündəki 21,3 milyard dollardan 19,34 milyard dollar təşkil edib. "Tesla" bu azalmanı Şanxay, Berlin, Fremont, Kaliforniya və Ostin, Texasdakı fabriklərdəki istehsal xətlərinin təkmilləşdirilməsi ilə əlaqələndirib. Bundan başqa, gəlirlərin azalmasına elektriklə işləyən avtomobillərin orta qiymətinin aşağı düşməsi səbəb olub ki, bu da satışın stimullaşdırılmasına hesablanıb.

"Sürətlə dəyişən ticarət siyasətləri Tesla-nın qlobal təchizat zəncirinə və xərc strukturuna mənfi təsir göstərdiyindən avtomobil və enerji bazarlarında qeyri-müəyyənlik artmaqda davam edir. Bu dinamikalar, eləcə də dəyişən siyasi əhval-ruhiyyə yaxın perspektivdə məhsullarımıza olan tələbata əhəmiyyətli dərəcədə təsir göstərə bilər", - deyə şirkətin açıqlamasında bildirilir.

Məlumata görə , şirkət həmçinin ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflərdən və Tesla şirkətinin baş direktoru İlon Maskın ABŞ hökumətinin səmərəlilik agentliyinin kuratoru kimi fəaliyyətindən zərər çəkib.