Müəllif: Gülnar Əhmədli, Banco.az
Çexiya 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 304 milyon 667 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Çexiyanın idxal etdiyi neftin həcmi isə 558 min 693 ton təşkil edib.
Çexiyanın idxal etdiyi neftin dəyəri 2024-cü ilin ilk 3 ayına nisbətdə 206 milyon 535 min dollar və ya 3,1 dəfə, miqdarı isə 3,3 dəfə artıb.
Qeyd edək ki, yanvar-mart aylarında Çexiya Azərbaycanın 3 əsas neft idxalçısından 2-cisi olub. Ən çox neft ixrac etdiyimiz birinci ölkə İtaliya (3.1 milyon ton) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!