“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs “SMCS” MMC ilə təxminən 2 milyon manatlıq müqavilə bağlayıb.
Banco.az xəbər verir ki, müqavilədə “Bakı şəhərinin küçə və prospektlərində sərnişinlərin avtobus gözləmələri üçün dayanacaq pavilyonlarının quraşdırılması işlərinin satınalınması” nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 1 744 986 manatdır.