"Apple" səhmləri 30% ucuzlaşa bilər | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Apple" səhmləri 30% ucuzlaşa bilər

"Apple" səhmləri 2025-ci ilin əvvəlindən 23%-dən çox ucuzlaşdıqdan sonra daha 30% ucuzlaşa bilər.

Banco.az xəbər verir ki, şirkətin səhmlərinin qiyməti aprelin 17-də bağlanış səviyyəsi ilə müqayisədə 28%-dən çox düşə bilər.

Analitik Kreyq Moffetin ABŞ prezidenti Donald Trampın başlatdığı ABŞ-Çin ticarət müharibəsi səbəbindən Apple-ın 2026-cı maliyyə ili üçün mənfəət proqnozunu (səhm üçün 7,87 dollardan 7,06 dollara qədər) aşağı salıb.

"Tramp aprelin 11-də bəzi tarifləri qaldıranda "Apple" ən pis ssenaridən yayındı. Amma Ağ Ev açıq şəkildə bildirdi ki, Çindən idxal edilən "Apple" cihazlarına 20% rüsum tətbiq olunur ki, bu da cəmi bir ay əvvəl ağlasığmaz olardı. Hətta Hindistandan gələn "iPhone"lar, həmçinin Vyetnamdan gələn saatlar və qulaqlıqlar da 10% tarifə tabedir",- deyə analitik bildirib.

Bazar ertəsi "Apple" səhmləri 3%-dən çox dəyər itirib.