Müəllif: Tamara Mustafayeva, Banco.az
Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının illik iclasları ABŞ-ın Vaşinqton şəhərində qlobal maliyyə liderlərini bir araya gətirəcək.
Banco.az xəbər verir ki, İkinci Dünya Müharibəsindən sonra yenidən formalaşan dünya iqtisadiyyatında ABŞ-ın rəhbərliyi ilə qurulan və "Bretton Woods əkizləri" kimi tanınan Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı hər il təşkil etdikləri Bahar İclaslarını 21-26 aprel tarixlərində Vaşinqtonda keçirəcəklər.
İclaslarda qlobal iqtisadiyyatın dayanıqlılığı, inkişaf etməkdə olan ölkələrin maliyyə ehtiyacları və davam edən geosiyasi gərginliklərin iqtisadi təsirləri müzakirə olunacaq. İştirakçıların diqqəti inflyasiya ilə mübarizə, borclanma səviyyələri və iqlim dəyişikliyi ilə bağlı maliyyələşdirmə məsələlərinə yönələcək.
Bizi sosial şəbəkələrdən izləyin!!