Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tender elan edib.
Banker.az xəbər verir ki, tenderdə Bakı şəhərinin Sabunçu və Suraxanı rayonları ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması nəzərdə tutulur.
Ehtimal olunan qiymət isə 64 298 AZN təşkil edir.
Bakı şəhəri Sabunçu rayonu, Frunze küçəsi, ev 16 ünvanında, Babək küçəsi, ev 23 ünvanında, 6-cı Mədən küçəsi, ev 38 ünvanında, Məmmədəliyev küçəsi, ev 32 ünvanında, Suraxanı rayonu, Xanlar Ələkbərov küçəsi, ev 87 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binanın söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərini hazırlanacaq.