ABŞ-da işsizlik müavinəti müraciətləri gözləniləndən aşağıdır | Banco.az

ABŞ-da işsizlik müavinəti müraciətləri gözləniləndən aşağıdır

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da işsizlik müavinəti üçün müraciətlər sabit əmək bazarları fonunda bazar proqnozlarından aşağı düşüb.

Banco.az xəbər verir ki, ABŞ-da işsizlik müavinəti üçün müraciətlər sabit qalan əmək bazarının təsiri ilə son iki ayın ən aşağı səviyyəsinə enib.

Əmək Nazirliyinin cümə axşamı yaydığı məlumatlara görə, müraciətlərin sayı əvvəlki həftəyə nisbətən 9 min azalaraq 215 min olub. Bloomberg-in iqtisadçılar arasında keçirdiyi sorğuya əsasən, həftəlik müraciət sayının 225 min olacağı proqnozlaşdırılırdı.

Yardım alan şəxslərin sayı isə 5 aprel tarixi etibarilə gözləntilərin xeyli üzərində olmaqla 1,89 milyon olaraq açıqlanıb.

Yeni müraciətlərin sayı başlayan ticarət müharibəsi və davam edən qlobal iqtisadi qeyri-müəyyənlik səbəbilə azalıb.

ABŞ Federal Ehtiyat Sistemi (FED) sədri Cerom Pauell əmək bazarı ilə bağlı açıqlamalarında “sağlam vəziyyətdədir” ifadəsini işlədib.

4 həftəlik orta müraciət sayı isə fevral ayının ortasından bəri ən aşağı səviyyədə olaraq 220 min 750 nəfər təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram