Avropa Mərkəzi Bankı faiz dərəcələrini aşağı salıb | Banco.az

Avropa Mərkəzi Bankı faiz dərəcələrini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal ticarətlə bağlı son hadisələri vurğulayan Avropa Mərkəzi Bankı (ECB) uçot dərəcəsini 2,25 faizə endirib.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) faiz dərəcələrini endirmək qərarına gəlib.

Bank depozit faizini 2,50 faizdən 2,25 faizə, əsas yenidən maliyyələşmə faizini 2,65 faizdən 2,40 faizə, marjinal maliyyələşmə faizini isə 2,90 faizdən 2,65 faizə endirib.

Bloomberg-in sorğusuna əsasən, faizlərin bu səviyyələrə endirilməsi gözlənilirdi.

Qərar mətnində bank "sıxlaşdırıcı" (tightening) ifadəsinə yer verməyib. Mətnə görə, artan ticarət gərginlikləri səbəbindən iqtisadi artım perspektivi pisləşib.

Çərşənbə günü Avrozonada mart ayına dair istehlakçı inflyasiyasının son nəticələri açıqlanmışdı.

Buna əsasən, istehlak qiymətləri indeksində əvvəl açıqlanan illik 2,2 faizlik və aylıq 0,6 faizlik artım göstəricilərində hər hansı bir düzəliş edilməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram