Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini açıqlayıb | Banco.az

Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) maraqla gözlənilən faiz qərarını açıqlayıb.

Banco.az xəbər verir ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 350 baza bəndi artıraraq 46 faizə yüksəldib.

Gecəlik borcvermə faizi də 300 baza bəndi artaraq 49 faizə çatıb. Gecəlik borclanma faizi isə 41 faizdən 44,5 faizə yüksəlib.

Bloomberg HT-nin sorğusunda iştirak edən qurumların gözləntisi siyasət faizinin 42,50 faiz, gecəlik borcvermə faizinin isə 46 faiz səviyyəsində sabit saxlanacağı yönündə idi.

Qərar mətnində inflyasiyanın əsas meylinin mart ayında azaldığı qeyd olunarkən, aprel ayında maliyyə bazarlarında baş verən hadisələrin təsiri ilə aylıq əsas mallar inflyasiyasının bir qədər artacağı, xidmətlər üzrə inflyasiyanın isə nisbətən sabit qalacağı proqnozlaşdırılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram