Londonun ICE Futures birjasında Brent markalı iyun fyuçerslərinin qiyməti 0,72 dollar (1,09%) bahalaşaraq 66,57 dollar/barelə çatıb. Çərşənbə günü Brent 1,18 dollar (1,8%) bahalaşaraq 65,85 dollar/barel olub.
Banco.az xəbər verir ki, bu vaxta qədər WTI markalı neftin may fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda 0,84 dollar (1,34%) bahalaşaraq 63,31 dollar/barelə çatıb. Əvvəlki sessiyada müqavilə bir barel üçün 1,14 dollar (1,9%) artaraq 62,47 dollar olub.