2024-cü ilə qədər qlobal şərab istehlakı 1961-ci ildən bəri ən aşağı səviyyəyə düşüb
Banco.az xəbər verir ki, 2024-cü ilə qədər qlobal şərab istehlakı 1961-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Bu azalmaya qiymətlərin artması, sağlamlıqla bağlı narahatlıqlar və gənc nəsillər arasında alkoqol üstünlüklərinin dəyişməsi səbəb olub.
Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) hesabatına görə, 2024-cü ildə şərab satışının əvvəlki illə müqayisədə 3,3 faiz azalaraq 214,2 milyon hektolitə (100 litrə bərabər ölçü vahidi) düşəcəyi gözlənilir. Dünyada şərab istehlakı 64 ilin ən aşağı səviyyəsinə çatacaq.
OIV rəsmi məlumatlara əsaslanan hesabatında bu rəqəmin 1961-ci ildən bəri ən aşağı satış məbləği olduğunu qeyd edib. 1961-ci ildə 213,6 milyon hektolitr şərab satılıb.
Hesabatda şərab istehsalının əvvəlki ilə nisbətən 4,8 faiz azaldığı və bu, son 60 ildən çox müddətdə görülən ən aşağı istehsal miqdarı olduğu da qeyd edilib.