Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda maliyyə və sığorta fəaliyyəti sahəsində orta aylıq nominal əməkhaqqı 2 651,4 manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici dövlət sektorunda 3 125,9 manat, özəl sektorda isə 2 546,3 manat olub.
2024-cü ilin eyni dövründə maliyyə və sığorta fəaliyyəti sahəsində dövlət sektorunda maaşlar 2 665,5 manat, özəl sektorda isə 2 241,3 manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!