ABŞ Prezidenti Donald Ticarət Departamentinə kritik mineral tədarük zəncirlərini araşdırmağı və idxaldan asılılığı azaltmaqla yanaşı, ABŞ-da hasilatı artırmaq yollarını tapmağı tapşırıb.
Banco.az xəbər verir ki, bu barədə Ağ Evin məlumat bülletenində deyilir.
Sənədə əsasən, dövlət başçısı nəinki ABŞ-ın xarici tədarüklərdən asılılığını azaltmaq barədə göstəriş verib, həm də xaricdən gətirilən bəzi növ xammalın, o cümlədən nadir torpaq mineralları və uran üçün rüsumların tətbiqi ilə hədələyib. Təhqiqat 1962-ci il Ticarətin Genişləndirilməsi Aktının 232-ci Bölməsinə əsasən aparılacaq.
Sərəncamda deyilir: “Prezident Tramp xarici kritik minerallara və törəmələrə həddən artıq etibarın ABŞ-ın müdafiə qabiliyyətinə, infrastrukturun inkişafına və texnoloji innovasiyalara xələl gətirə biləcəyini qəbul edir”.