“AtaBank”da həyata keçirilən “Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası davam edir. Aksiyanın şərtlərinə əsasən, “AtaBank”ın filiallarında ən azı 500 AZN/USD/EUR və ya 20 min RUB məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 1 min AZN/ USD/EUR və ya 40 min RUB pul köçürənə və ya alana isə 2 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur
500 -1000 manatlıq köçürmə üçün - 1 manat
1000 - 2000 manatlıq köçürmə üçün - 2 manat
2000 - 5000 manatlıq köçürmə üçün – 3 manat
5000 manatdan artıq məbləğdə köçürmə üçün - 5 manat
Hazırda bankımız öz müştərilərinə 10 növ sürətli pul köçürmə sistemi üzrə xidmət göstərir. Bunlar Western Union, Coinstar, Zolotaya Korona, Migom, Privat Money, Blizko, Xpress Money, Monex, Contact və Lider sürətli pul köçürmə sistemləridir.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam spektr xidmətlər təqdim edir.
Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.