Müəllif: Gülnar Əhmədli, Banco.az
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda bu il və gələn il üçün iqtisadi artımla bağlı proqnozunu açıqlayıb.
Banco.az xəbər verir ki, qurum bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 3,5% olacağını proqnozlaşdırır.
BVF-nin bu il üçün 2024-cü ilin oktyabr proqnozu isə ÜDM istehsalının 2,5% olacağına dair idi.
Fond 2026-cı ildə isə ölkə iqtisadiyyatının 2,5% artacağını proqnoz edir. Qurumun 2027-ci il üçün proqnozu isə 2,4%-dir.
Bizi sosial şəbəkələrdən izləyin!!