"Tesla" səhmləri ciddi enişlə üzləşir | Banco.az

"Tesla" səhmləri ciddi enişlə üzləşir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın ticarət naziri Hovard Lutnik “Bir daha düşməyəcək” deməsinə baxmayaraq, “Tesla” səhmləri 10 faiz ucuzlaşıb.

Banco.az xəbər verir ki, “Tesla” səhmləri yeni həftənin ilk ticarət günündə sessiyadan əvvəlki əməliyyatlarda itkilərini artıraraq, Ticarət Naziri Hovard Lutnikin "bir daha heç vaxt düşməyəcək" deyə proqnozlaşdırdığı qiymətin altına enib.

Şirkətin səhmləri 10 faizdən çox ucuzlaşaraq 214,80 dollara qədər geriləyib. Lutnik 19 mart tarixində Fox News-a verdiyi müsahibədə izləyicilərə səhmləri almağı tövsiyə etmiş və "bir daha bu qədər ucuz olmayacaq" demişdi.

“Tesla”nın baş direktoru İlon Mask ertəsi gün “Tesla” əməkdaşlarına səhmlərini satmamağı və əlində saxlamağı tövsiyə edib.

Son enişlə birlikdə “Tesla” səhmləri dekabr ayının ortasında çatdığı rekord səviyyədən 50 faiz aşağı düşüb. 

Trampın seçki qələbəsindən sonra səhmlər yüksəlmişdi və Maskın prezidentə yaxınlığı nəzərə alındığında, bir çoxları bu vəziyyətin şirkət üçün müsbət nəticələr verəcəyini düşünmüşdü. Lakin bunun əksinə olaraq, Maskın həm ABŞ-da, həm də xaricdə siyasi mübahisələrə qarışması istehlakçılar arasında narahatlıq yaradıb və şirkətə qarşı boykot çağırışlarını təşviq edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram