Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 490 milyon 156 min dollara bərabər olub.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 1,5 dəfə və ya 171 milyon 189 min dollar çoxdur.
Hesabat dövründə BƏƏ Azərbaycana ən çox investisiya yatıran 5-ci ölkə olub.
Qeyd edək ki, 2023-cü ildə bu ölkənin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 318 milyon 967 min dollar təşkil edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!