"Trampın tarifləri ABŞ iqtisadiyyatını tənəzzülə sürükləyəcək" | Banco.az

"Trampın tarifləri ABŞ iqtisadiyyatını tənəzzülə sürükləyəcək"

 ABŞ prezidenti Donald Trampın elan etdiyi tariflər dünyanın ən böyük iqtisadiyyatını tənəzzülə sürükləyəcək.

Banco.az xəbər verir ki, bu barədə “JPMorgan”  xəbərdarlıq edib.

Tariflər elan edildikdən sonra, cəmi iki gün ərzində ABŞ-ın ən qiymətli şirkətlərindən bəziləri 5 trilyon dollardan çox bazar dəyərindən silinib. Qlobal birjalardakı kəskin enişlərdən sonra bank ABŞ üçün artım proqnozlarına tamamilə yenidən baxıb.

Bank  ABŞ-ın 2025-ci il üçün artım proqnozunu 1,6 faiz bəndi azaldıb, işsizliyin əhəmiyyətli dərəcədə arta biləcəyini və təxminən 2 milyon amerikalının işini itirə biləcəyini proqnozlaşdırıb.