“Yapı Kredi Bank Azərbaycan” vətəndaşlarımıza sərfəli təklifləri ilə məqsədlərinə daha asan və zamanında çatmağa şərait yaradır. Belə ki, Worldcard’ı olan ya da Worldcard’a müraciət edən dövlət işçiləri üçün xüsusi üstünlüklərə malik kampaniyada təklif olunan krediti dövlət işçiləri 5% endirimlə, üstəlik zaminsiz əldə edə bilərlər.
Kampaniya 1-30 noyabr 2013-cü il tarixləri arasında qüvvədədir və kredit üçün müraciət edən dövlət işçiləri 5000 AZN-ə qədər fərdi ehtiyac kreditini maksimum 36 ay müddəti və illik minimum 24.79%-dən başlayan FİFD ilə əldə edə bilərlər.
Kampaniyadan yararlanmaq istəyənlər bankın Bakı, Sumqayıt və Gəncədə yerləşən 14 filiallarına şəxsiyyət vəsiqələri və işlədiyi yerdən əldə etmiş arayışları ilə yaxınlaşa bilərlər.
Təklif olunan kampaniya ilə bağlı əlavə məlumatı http://www.yapikredi.com.az/ ünvanından, https://www.facebook.com/YapiKrediAZ səhifəsindən və *0444 nömrəsinə zəng edərək əldə etmək mümkündür.