Müəllif - Fərid İslamov - Banco.az
ABŞ Prezidenti Donald Trampın başlatdığı ticarət müharibələri ölkədə inflyasiyanın sürətlənməsinə səbəb ola bilər, bunu Federal Ehtiyatlar Sisteminin (FES) keçmiş sədr müavini Donald Kon bildirib.
"1980-ci, 1990-cı və 2000-ci illərdə inflyasiyanı yavaşlatmağa kömək edən müəyyən qüvvələr indi əks istiqamətdə işləməyə başlayacaq," - Kon, Keyptaun şəhərində keçirilən konfransda çıxışı zamanı deyib.
"Biz artıq Tramp administrasiyasının tətbiq etdiyi rüsumlar səbəbindən təklif üçün mənfi şoklar və yeni şokların risklərini görürük. Əvvəllər dezinflyasiyaya kömək edən amillər indi inflyasiyanı artıran amillərə çevrilə bilər və Federal Ehtiyatlar Sistemi çətin qərarlar qəbul etməli olacaq," - deyə o əlavə edib.
Çərşənbə günü Tramp, xaricdə istehsal olunan bütün avtomobillərə 25% gömrük rüsumu tətbiq etmək qərarına gəldiyini elan edib. O, həmçinin, Avropa İttifaqı və Kanada ilə əməkdaşlığın ABŞ iqtisadiyyatına zərər verməsi halında bu ölkələrə qarşı tarifləri artırmağı vəd edib.