Müəllif - Fərid İslamov - Banco.az
Səudiyyə Ərəbistanının dövlət neft şirkəti Saudi Aramco, Air Products Qudra (APQ) şirkətinin törəmə müəssisəsi olan Blue Hydrogen Industrial Gases (BHIG) şirkətinin 50%-lik payını satın alma prosesini tamamladı.
Aramco-nun verdiyi məlumata görə, əməliyyatın tamamlanmasından sonra Aramco və APQ (Air Products və Qudra Energy-nin birgə müəssisəsi) BHIG şirkətində hər biri 50% paya malikdirlər.
Cübeyl şəhərində yerləşən BHIG, CO2-nin tutulması və saxlanması vasitəsilə aşağı karbonlu hidrogen istehsalı üzrə ixtisaslaşıb. Planlaşdırılır ki, hidrogen Səudiyyə Ərəbistanının Şərqi əyalətində boru kəmərləri vasitəsilə çatdırılacaq.
“Aramco-nun BHIG-ə yatırdığı investisiyaların Səudiyyə Ərəbistanının Şərqi əyalətində hidrogen şəbəkəsinin inkişafına kömək edəcəyi gözlənilir, - deyə Aramco-nun strategiya və korporativ inkişaf üzrə icraçı vitse-prezidenti Əşrəf əl-Qazzavi bildirib. - Bu şəbəkə bizə həm ölkə daxilində, həm də bütün dünyada CO2 emissiyalarını azaltmaq üçün yeni imkanlar inkişaf etdirməyə, həmçinin enerji portfelimizi şaxələndirməyə kömək edəcək.”