Müəllif - Fərid İslamov - Banco.az
ABŞ Energetika Nazirliyi, Enerji İnformasiya İdarəsinin (EIA) aylıq proqnoz məlumatlarına əsasən, 2025-ci il üçün Brent markalı neftin qiymət proqnozunu 74,5 dollardan 74,22 dollara endirib.
2026-cı il üçün proqnoz isə 66,46 dollardan 68,47 dollara yüksəldilib.
İdarənin qiymətləndirməsinə görə, fevral ayında Brent markalı neftin orta spot qiyməti 75 dollar olub, bu isə orta hesabla yanvar ayından 4 dollar azdır.
“Qiymətlərin azalması əsasən ABŞ və digər ticarət tərəfdaşlarının potensial tarifləri ilə bağlı iqtisadi artım narahatlıqları ilə əlaqədardır. 1 fevral tarixində Prezident Donald Tramp Kanada, Meksika və Çindən idxal olunan məhsullara tariflərin tətbiq edilməsi haqqında fərman imzalayıb.
Sonradan, Meksika və Kanadadan idxal olunan əksər məhsullara tariflərin tətbiqi aprelin əvvəlinə qədər təxirə salınıb, buna görə də bu potensial tariflərin təsiri hazırkı proqnozda əks olunmayıb,” – deyə hesabatda bildirilir.
Daha əvvəl qeyd edildiyi kimi, EIA 2024-cü ilin yekunlarına əsasən Brent markalı neftin orta qiymətini 80,56 dollar olaraq qiymətləndirib.