Bolkart MasterCard-la partnyor olmayan məkanlarda da 3 aya ödə! | Banco.az

Bolkart MasterCard-la partnyor olmayan məkanlarda da 3 aya ödə!

Artıq Bolkart MasterCard sahibləri Bolkart şəbəkəsinə aid olmayan ticarət obyektlərində və internetdə daha münasib ödəmə şərtilə alış-veriş edə bilərlər. Belə ki, Bolkart şəbəkəsi xaricində olan mağazalarda (məsələn, Zara, Bershka, Music Gallery) alış-veriş etmək istəyən kart sahibləri ənənəvi 1 aylıq deyil, 3 aylıq ödəniş müddəti əldə edə bilərlər.

Bunun üçün Bolkart MC sahibi alış-veriş zamanı əldə edəcəyi qəbzdə əks olunmuş 6 rəqəmli təsdiq kodunu və “taksit3” ifadəsini SMS ilə 8145 nömrəsinə göndərməlidir. Məsələn, 659459 taksit 3 (burada 659459 təsdiq kodudur). İnternet vasitəsi ilə edilən əməliyyatlar  zamanı isə təsdiq kodunu bankın 145 Məlumat Mərkəzinə müraciət etməklə və ya gələcəkdə alış-veriş sonrası daxil olan SMS mətnindən əldə etmək olar.

Müvafiq SMS alış-veriş həyata keçirilən andan 24 saat ərzində göndərilməlidir. Əks halda, sorğu nəticəsiz qalacaq.

Ən sərfəli kredit üçün müraciət et

3 aylıq ödəmə seçiminin komissiya haqqı – 4,5%-dir.

Bu gün artıq 160.000-ə yaxın Azərbaycan vətəndaşı Bolkart ilə alış-veriş edir, kartdan nağd pul çıxarır və kartın digər imtiyazlarından faydalanır. 

Bütün Bolkart sahiblərini kartın MasterCard loqolu növü ilə təmin etmək məqsədi ilə “Bank of Baku” müştərilərin cari kart borcunu saxlamaqla əvəzlənməsi prosesini davam etdirir. Bolkart MasterCard kart sahibinə Azərbaycanda, xaricdə və internetdə alış-veriş imkanı verir.

Daha ətraflı: www.facebook.com/Bolkart