Müəllif - Fərid İslamov - Banco.az
"Shell Plc" neft-qaz şirkəti Avropa və ABŞ-da kimya sənayesi aktivlərinin satışını nəzərdən keçirir.
Mənbələrin sözlərinə görə, "Shell" bu sahədəki əməliyyatların strateji təhlilini aparmaq üçün "Morgan Stanley" də daxil olmaqla investisiya bankları ilə əməkdaşlıq edir. Şirkət hələlik yekun qərar qəbul etməyib.
Qiymətləndirilən aktivlər arasında "Shell"-in Dir Parkda (Texas ştatı) yerləşən və əczaçılıq preparatları, yuyucu vasitələr, yapışdırıcılar istehsalı və naqillərin örtülməsi üçün istifadə edilə bilən yüngül və ağır olefinlər daxil olmaqla geniş çeşidli kimyəvi maddələr istehsal edən müəssisə də var.
Şirkətin Pensilvaniya və Luiziana ştatlarında da kimyəvi məhsul istehsalı müəssisələri var. Avropada "Shell"-in Böyük Britaniya, Almaniya və Hollandiyada kimya zavodları var.