Müəllif - Fərid İslamov Banco.az
Amerika plastik kartlar bazarının liderlərindən olan American Express Co. rüblük dividendini 17% artıraraq hər səhm üçün 70 sentdən 82 sentə yüksəldəcək. Bu barədə şirkətin mətbuat relizində bildirilib.
Ödənişlər 9 may tarixində həyata keçiriləcək. Səhmdarların reyestrinin bağlanması 1 aprelə təyin edilib.
Şirkətin səhmlərinin dividend gəlirliliyi, bazar ertəsi günü bağlanış qiymətləri (295,49 dollar) əsasında təxminən 1,1% təşkil edəcək.
Son üç ayda AmEx-in kapitallaşması 2,2% azalaraq 207,6 milyard dollara düşüb, eyni dövrdə Dow Jones Industrial Average fondu indeksi isə 3,6% itirib.