Donald Tramp ABŞ-a idxal olunan bütün avtomobillərə 25% rüsum tətbiq etmək qərarına gəldiyini açıqlayıb.
Banco.az xəbər verir ki, Prezident bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Biz 25% tariflər tətbiq edəcəyik. Bu, bizim iqtisadi artımımıza səbəb olacaq və eyni zamanda xarici avtomobil istehsalçılarının ABŞ-da fabriklər açmasına gətirib çıxaracaq".
O, qərarın kiçik yük maşınlarına da şamil edildiyinə aydınlıq gətirib.
Amerika mediası qeyd edir ki, avtomobillərin rüsumları ilə bağlı qərar aprelin 2-dən qüvvəyə minməlidir. Rüsumlar ABŞ-dan kənarda yığılmış Amerika avtomobil istehsalçılarının məhsullarına da təsir edəcək.The New York Times qeyd edir ki, ABŞ-da satılan avtomobillərin təxminən yarısı başqa ölkələrin istehsalıdır. Tramp avtomobillərə tarifləri açıqlayarkən gələcəkdə dərman vasitələrinə də rüsum tətbiq edəcəyinə söz verib. O xatırladıb ki, aprelin 2-dən çoxlu idxal mallarına güzgü rüsumları tətbiq etməyi planlaşdırır.