Müəllif:Mehin Qasımova,Banco.az
Türkiyədə siyasi hadisələr fonunda milli valyuta lirənin məzənnəsi yeni tarixi minimuma düşüb.
Banco.az xəbər verir ki,1 ABŞ dolları 41 Türk lirəsi ilə ticarət olunur ki, bu da əvvəlki səviyyələrə nisbətən 11 faizdən çox ucuzlaşma deməkdir.
Növbəti ticarət zamanı bəzi yerli maliyyəçilər dolların lirə məzənnəsinin 38,7-40,6 diapazonunda qalmaqda davam edəcəyini gözləyirlər. Amma ticarətin bağlanmasına qədər onun hələ də bir dollar üçün 40 lirədən aşağı səviyyədə dayanması mümkündür. Türkiyə bazarı payızda dolların məzənnəsinin ancaq 40 lirəyə çatacağını gözləyirdi. Avro günün əvvəlindən 6% bahalaşaraq 42,7 lirədən ticarət olunur. Funt sterlinq də təxminən 6% möhkəmlənərək, hazırda 50,8 lirədən satılır. Ümumilikdə, bütün əsas xarici valyutalar 4%-dən çox dəyər artımı nümayiş etdirir.