ABŞ-da doğum nisbəti 114 illik ən aşağı səviyyədədir | Banco.az

ABŞ-da doğum nisbəti 114 illik ən aşağı səviyyədədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da doğum nisbəti 114 illik ən aşağı səviyyəyə düşüb.

Banco.az xəbər verir ki, ABŞ Milli Səhiyyə Statistikaları Mərkəzi tərəfindən yayımlanan məlumatlara görə, 2023-cü ildə ümumi doğum sayı 2022-ci illə müqayisədə 2% azalaraq 3,6 milyona düşüb.

Doğumların bu qədər aşağı olduğu son il 1979-cu il idi, həmin ildə 3,5 milyon doğum qeydə alınmışdı. Ölkədə hər min qadına düşən 54,5 doğum səviyyəsində olan ümumi doğum faizi məlumatların toplanmağa başladığı 1909-cu ildən bəri qeydə alınan ən aşağı göstərici olub.

Doğum yaşında olan amerikalı qadınların 2023-cü ildə müxtəlif yaş qruplarına görə doğum göstəricilərində son dövrdəki tendensiyalara uyğun olaraq azalma və ya ciddi bir dəyişiklik müşahidə olunmayıb.

Hesabatda ilk dəfə ana olan qadınların orta yaşının 27,5 olduğu və bunun ABŞ üçün rekord səviyyəyə çatdığı qeyd edilib.

Tədqiqatçılar bildiriblər ki, gənc yaşlarda doğum göstəricisi 2022-ci illə müqayisədə 4% azalıb və 2007-ci ildən bu yana ümumilikdə 68% düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram