Müəllif: Tamara Mustafayeva, Banco.az
Yaponiya Bankı uçot dərəcəsini dəyişməyərək 0,5 faiz səviyyəsində saxlayıb.
Banco.az xəbər verir ki, Yaponiya Mərkəzi Bankı (BOJ) çərşənbə günü keçirilən iclasında uçot dərəcəsini yekdilliklə 0,5% səviyyəsində sabit saxlayıb.
Bazar proqnozlarına uyğun olaraq qəbul edilən bu qərar BOJ-un ABŞ Prezidenti Donald Trampın proteksionist ticarət siyasətlərinin Yaponiya iqtisadiyyatı, xüsusilə ixraca əsaslanan sektoru üzərindəki mümkün təsirlərini qiymətləndirdiyi bir dövrə təsadüf edir.
BOJ rəsmiləri verdikləri açıqlamada bildiriblər: “Yaponiya iqtisadiyyatı mülayim templə bərpa olunur, lakin bəzi sahələrdə zəifliklər müşahidə edilir. Ticarət siyasətləri və ölkədaxili şirkətlərin əməkhaqqı və qiymət təyin etmə davranışları da daxil olmaqla, Yaponiya iqtisadi fəaliyyəti və qiymətləri üzərində yüksək qeyri-müəyyənliklər mövcuddur.”
BOJ inflyasiya gözləntilərinin mülayim şəkildə artdığını qeyd edərək bildirib: “Düyü qiymətlərinin yüksək səviyyədə qalması və hökumətin inflyasiyanı azaltmağa yönəlmiş tədbirlərinin təsirinin 2025-ci maliyyə ili ərzində azalacağı gözlənilir.”
Bizi sosial şəbəkələrdən izləyin!!