Azərbaycana xurma ixracından daxil olan valyuta artıb | Banco.az

Azərbaycana xurma ixracından daxil olan valyuta artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-fevral aylarında 30 milyon 480 min dollar dəyərində 41 min 830 ton xurma ixrac edib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, ölkənin xurma ixracı illik müqayisədə dəyər baxımından 15,5%, həcm ifadəsində isə 25,5% artıb.

Qeyd edək ki, ötən ilin eyni dövründə ölkənin xurma ixracının dəyəri 26,4 milyon dollar, həcmi isə 33,3 min ton olub.  

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram