Avropa İttifaqının xarici ticarət kəsiri 5,4 milyard avro təşkil edib | Banco.az

Avropa İttifaqının xarici ticarət kəsiri 5,4 milyard avro təşkil edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqının (Aİ) yanvar ayında xarici ticarət kəsiri 5,4 milyard avro təşkil edib.

Banco.az xəbər verir ki, Avropa Statistika Ofisi (Avrostat) Aİ və Avrozonanın yanvar ayı beynəlxalq ticarət göstəricilərini açıqlayıb.

Buna görə, Aİ-nin ixracı yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 208,7 milyard avroya, idxalı isə 10,9 faiz artaraq 214,1 milyard avroya yüksəlib. Aİ həmin ayda 5,4 milyard avro ticarət kəsiri verib.

Avrozona üzrə ixrac yanvarda 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 232,5 milyard avro, idxal isə 7,6 faiz artaraq 231,5 milyard avro olub. Bununla da Avrozonanın ticarət profisiti 1 milyard avro təşkil edib.

Həmin dövrdə Aİ ölkələrindən ən çox idxal edən ölkələr bunlar olub:

  • ABŞ – 46,7 milyard avro

  • Böyük Britaniya – 28,1 milyard avro

  • İsveçrə – 17,2 milyard avro

  • Çin – 14,8 milyard avro

  • Türkiyə – 8,8 milyard avro

Aİ ölkələrinə ən çox ixrac edən ölkələr isə aşağıdakılardır:

  • Çin – 44,8 milyard avro

  • ABŞ – 30,5 milyard avro

  • Böyük Britaniya – 12,9 milyard avro

  • İsveçrə – 11,6 milyard avro

  • Türkiyə – 9,2 milyard avro

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram