Xalq Bank
Biznesin İnkişafı İdarəsinin Pərakəndə bankçılıq şöbəsi (İpoteka istiqaməti üzrə)
Vakansiya haqqında məlumat:
Təsvir
- İpoteka kreditləri üzrə (Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun ipoteka məhsulu və tikinti şirkətlərindən yaşayış və qeyri-yaşayış sahələrinin alınması üçün verilən ipoteka kreditləri, eyni zamanda Bankın daxili vəsaiti hesabına olan yaşayış və qeyri-yaşayış sahələrinin ipotekası) müraciətlərin təhlil edilərək, müvafiq rəy verilməsi;
- İpoteka kreditləri üzrə hesabatların hazırlanıb təqdim olunması və ipoteka portfelinin təhlili;
- Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə Bank arasında kreditləşmə üzrə sənədləşmənin təmini və hesabatların təqdim edilməsi;
- Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə Kreditlərin İlkin və Yenidən maliyyələşdirilməsi üzrə funksional-metodoloji dəstək;
- Filialların kredit əməkdaşlarına ipoteka məhsulları üzrə lazımi məsləhətlərin verilməsi;
- Elektron İpoteka və Kredit Zəmanət Sistemi və Bankı əməliyyat sistemi üzrə zəruri əməliyyatların aparılması;
- Qoyulan satış hədəflərinin icrasına dəstək olmaq;
- Məhsullarla bağlı təqdimatların hazırlanması və görüşlərdə təqdimatla çıxış etmək.
Tələblər
· Maliyyə, menecment, iqtisadiyyat, idarəetmə istiqaməti üzrə magistr təhsilin olması;
· Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
· İpoteka sahəsində ən azı 1-2 il təcrübə;
· İpoteka və Kredit Zəmanət Fondu xətti ilə rəsmiləşdirilən kreditlər və sənədləşməsi üzrə yüksək biliklərə malik olmalı;
· Maliyyələşmə üzrə Fondla iş təcrübəsi.
Müraciət üçün daxil olun