Ölkə əhalisinin geyim xərcləri 4% artıb | Banco.az

Ölkə əhalisinin geyim xərcləri 4% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən toxuculuq məhsulları, geyim və ayaqqabılara 1 milyard 400 milyon manat xərclənib.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 3,9% çoxdur. 

Qeyd edək ki, ötən 2 ayda alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 15,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların alınmasına sərf olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram